Çilinin şimalında yerləşən Antofaqasta bölgəsində 6,1 bal gücündə zəlzələ qeydə alınıb...
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii hadisənin episentri 5 min nəfər əhalisi olan Mariya-Yelena şəhərindən 72 km şimal-şərqdə, ocağı isə 104 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
Poliqon.info