AZ

Cəlilabadda 7 yaşlı uşaq pirotexniki vasitənin partlaması nəticəsində xəsarət alıb

Cəlilabadda bədbəxt hadisə baş verib.

 

Hadisə rayonun Göytəpə qəsəbəsində qeydə alınıb.

 

Bayram atəşfəşanlığı keçirilən məhəllədə kustar üsulla hazırlanan pirotexniki vasitənin partlaması nəticəsində 7 yaşlı Ş.A müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

 

Azyaşlı dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb və ona üzün və tənəffüs yollarının 2-3-cü dərəcəli yanığı diaqnozu qoyulub.

 

İlkin tibbi yardımdan sonra uşaq Bakıda yerləşən Yanıq Mərkəzinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır./APA

Tarix: 31 Dekabr 2024, 23:32   
Seçilən
58
12
pravda.az

10Mənbələr