AZ

Azyaşlının əlində pirotexniki vasitə partladı- Ağır yaralandı

Cəlilabadda bədbəxt hadisə baş verib.

Oxu24.com  xəbər verir ki, hadisə rayonun Göytəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, 7 yaşlı Ş.A pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.

O, rayon xəstəxanasına aparılıb. Azyaşlıya üzün və tənəffüs yollarının 2-3-cü dərəcəli yanığı diaqnozu qoyulub.

İlkin tibbi yardımdan sonra uşaq Bakıya, Yanıq Mərkəzinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
81
12
oxu24.com

10Mənbələr