AZ

Azyaşlının əlində pirotexniki vasitə partladı - Ağır yaralandı

Cəlilabadda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Göytəpə qəsəbəsində qeydə alınıb.
Belə ki, 7 yaşlı Ş.A pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.
O, rayon xəstəxanasına aparılıb. Azyaşlıya üzün və tənəffüs yollarının 2-3-cü dərəcəli yanığı diaqnozu qoyulub.
İlkin tibbi yardımdan sonra uşaq Bakıya, Yanıq Mərkəzinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
67
12
yenilik.az

10Mənbələr