AZ

Bədbəxt hadisə: azyaşlının əlində pirotexniki vasitə partladı

Cəlilabadın Göytəpə qəsəbəsində bədbəxt hadisə baş verib.

AzEdu.az xəbər verir ki, 7 yaşlı Ş.A pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.

O, rayon xəstəxanasına aparılıb. Azyaşlıya üzün və tənəffüs yollarının 2-3-cü dərəcəli yanığı diaqnozu qoyulub.

İlkin tibbi yardımdan sonra uşaq Bakıya, Yanıq Mərkəzinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
68
12
azedu.az

10Mənbələr