AZ

Türkiyənin xarici ticarət dövriyyəsi 53 milyard dollara yaxınlaşır

Bakı. Trend:

2024-cü ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi52 milyard 37 milyon dollar olub.

Trend TurkicWorld-a istinadənxəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyindənbildiriblər.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin noyabr ayındaTürkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faizazalaraq 22 milyard 289 milyon dollar, idxalı isə 2,7 faiz artaraq29 milyard 748 milyon dollar olub.

“2024-cü ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarətdövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 550 milyard 26milyon dollara çatıb” – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-noyabr ayındaTürkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 faizartaraq 238 milyard 462 milyon dollara, idxalı isə 6,3 faizazalaraq 311 milyard 798 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü iləmüqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Seçilən
58
25
az.trend.az

10Mənbələr