Bakı. Trend:
2024-cü ilin noyabr ayında Türkiyənin Türk ölkələrinə ixracatı2023-cü ilin eyni ayı ilə müqayisədə 9,5 faiz artaraq 925 milyon223 min dollar olub.
Trend TurkicWorld-a istinadənxəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.
Məlumata əsasən 2024-cü ilin yanvar – noyabr ayında, TürkiyəninTürk ölkələrinə ixracatı, 2023-cü ilin analoji dövri ilə müqayisədə12,3 faiz artaraq, 10 milyard 6 milyon 177 min dollar olub.
“2024-cü ilin noyabr ayında Türkiyənin Türk ölkələrindən idxalı2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz azalaraq 472milyon 667 min dollar təşkil edib” – deyə nazirlikdənbildiriblər.
Nazrilikdən bildiriblər ki, 2024-cü ilin yanvar – noyabraylarında Türkiyənin Türk ölkələrindən idxalı 2023-cü ilin analojidövrü ilə müqayisədə 7,1 faiz azalaraq, 6 milyard 968 milyon 788min dollar təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyənin xariciticarət dövriyyəsi 52 milyard 37 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin noyabr ayındaTürkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faizazalaraq 22 milyard 289 milyon dollar, idxalı isə 2,7 faiz artaraq29 milyard 748 milyon dollar olub.
“2024-cü ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarətdövriyyəsi 2023-cü ilin eyni ayları ilə müqayisədə 550 milyard 26milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-noyabr ayındaTürkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 faizartaraq 238 milyard 462 milyon dollara, idxalı isə 6,3 faizazalaraq 311 milyard 798 milyon dollar olub.
Qeyd edək ki, 2023-cü ildə Türkiyənin xarici ticarət dövriyyəsi617 milyard 551 milyon dollara çatıb.
2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü iləmüqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5faiz azalaraq 361 milyard 774 milyon dollar olub.