2024-cü ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 37 milyon dollar olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, 2024-cü ilin noyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faiz azalaraq 22 milyard 289 milyon dollar, idxalı isə 2,7 faiz artaraq 29 milyard 748 milyon dollar olub.
“2024-cü ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 550 milyard 26 milyon dollara çatıb” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 238 milyard 462 milyon dollara, idxalı isə 6,3 faiz azalaraq 311 milyard 798 milyon dollar olub.