AZ

Türkiyənin İƏT ölkələrinə ixracatı 6 milyard dollara yaxınlaşır

Bakı. Trend:

2024-cü ilin noyabr ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatı(İƏT) ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 12,6faiz azalaraq 5 milyard 779 milyon 819 min dollar olub.

Trend TurkicWorld-a istinadənxəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

Məlumata əsasən 2024-cü ilin yanvar – noyabr ayında, TürkiyəninİƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə5,8 faiz artaraq, 62 milyard 998 milyon 854 min dollar olub.

“2024-cü ilin noyabr ayında Türkiyənin İƏT ölkələrindən idxalı2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azalaraq 3 milyard744 milyon 751 min dollar təşkil edib” – deyə nazirlikdənbildiriblər.

Nazrilikdən bildiriblər ki, 2024-cü ilin yanvar – oktyabraylarında Türkiyənin İƏT ölkələrindən idxalı keçən ilin analojidövrü ilə müqayisədə 6,8 faiz azalaraq, 38 milyard 894 milyon 877min dollar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyənin xariciticarət dövriyyəsi 52 milyard 37 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin noyabr ayındaTürkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faizazalaraq 22 milyard 289 milyon dollar, idxalı isə 2,7 faiz artaraq29 milyard 748 milyon dollar olub.

“2024-cü ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarətdövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 550 milyard 26milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-noyabr ayındaTürkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 faizartaraq 238 milyard 462 milyon dollara, idxalı isə 6,3 faizazalaraq 311 milyard 798 milyon dollar olub.

Qeyd edək ki, 2023-cü ildə Türkiyənin xarici ticarət dövriyyəsi617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü iləmüqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Məqalədə:
Seçilən
37
25
az.trend.az

10Mənbələr