AZ

Yunanıstanda 4 günlük matəm elan edilib

Yunanıstanda keçmiş baş nazir Kostas Simitisin vəfatı ilə əlaqədar 4 günlük milli matəm elan edilib.

"Cebheinfo.az" xəbər verir ki, Yunanıstanın dövlət televiziyası olan ERT-nin xəbərinə görə, dünən dünyasını dəyişən 88 yaşlı Simitisin dəfn xərcləri büdcədən qarşılanacaq.

Mərasim yanvarın 9-da yerli vaxtla saat 12:00-da keçiriləcək. 

Protokol "baş nazir vəzifəsini icra edərkən həyatını itirən şəxs" üçün tətbiq olunacaq.

Simitis üçün elan edilən milli matəmlə əlaqədar bütün dövlət qurumlarında bayraqlar 4 gün ərzində yarıya qədər endiriləcək.

Dünən səhər saatlarında təcili yardım maşını ilə Korintos xəstəxanasına aparılan Simitis xəstəxanaya çatanda öldüyü təsbit edilib.

1936-cı ildə anadan olan Simitis Yunanıstanda dəfələrlə hakimiyyətdə olan PASOK-un qurucu üzvlərindən biri olub.

Simitis PASOK hökuməti dövründə dəfələrlə nazir vəzifəsində, 1996-2004-cü illərdə həm partiya lideri, həm də baş nazir vəzifələrində çalışıb.

Hüquq və iqtisadiyyat təhsili alan Simitis bir çox universitetlərdə akademik olaraq da mühazirələr oxuyub.

Seçilən
46
2
cebheinfo.az

9Mənbələr