AZ

Yunanıstanda 4 günlük matəm elan edildi

Yunanıstanda keçmiş baş nazir Kostas Simitisin vəfatı ilə əlaqədar 4 günlük milli matəm elan edilib.

Publika.az xəbər verir ki, dünyasını dəyişən 88 yaşlı Simitisin dəfn xərcləri dövlət büdcəsindən qarşılanacaq.

Mərasim yanvarın 9-da yerli vaxtla saat 12:00-da keçiriləcək. Simitis üçün elan edilən milli matəmlə əlaqədar bütün dövlət qurumlarında bayraqlar 4 gün ərzində yarıya qədər endiriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında təcili yardım maşını ilə Korintos xəstəxanasına aparılan Simitisin həyatını xilas etmək mümkün olmayıb.

Seçilən
37
2
publika.az

9Mənbələr