AZ

Yunanıstanda 4 günlük matəm elan edilib - Sabiq Baş nazirə görə

Yunanıstanda 4 günlük milli matəm elan olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu qərar ölkənin keçmiş Baş naziri Simitisin vəfatı ilə əlaqədar verilib.

Bildirilib ki, bu gün dünyasını dəyişən 88 yaşlı Simitisin dəfn xərcləri də dövlət büdcəsindən qarşılanacaq: "Mərasim yanvarın 9-da yerli vaxtla saat 12:00-da keçiriləcək. Simitis üçün elan edilən milli matəmlə əlaqədar bütün dövlət qurumlarında bayraqlar 4 gün ərzində yarıya qədər endiriləcək".

1936-cı ildə anadan olan Simitis Yunanıstanda dəfələrlə hakimiyyətdə olan PASOK-un qurucu üzvlərindəni olub: "Simitis1996-2004-cü illərdə həm partiya lideri, həm də baş nazir vəzifələrində çalışıb. Hüquq və iqtisadiyyat təhsili alan Simitis bir çox universitetlərdə akademik olaraq da mühazirələr oxuyub".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
44
1
mia.az

9Mənbələr