AZ

Yunanıstanda Simitisin vəfatı ilə əlaqədar 4 günlük matəm elan edilib

Yunanıstanda Simitisin vəfatı ilə əlaqədar 4 günlük matəm elan edilib

Yunanıstanda keçmiş baş nazir Kostas Simitisin vəfatı ilə əlaqədar 4 günlük milli matəm elan edilib.Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, bu gün dünyasını dəyişən 88 yaşlı Simitisin dəfn xərcləri dövlət büdcəsindən qarşılanacaq.Mərasim yanvarın 9-da yerli vaxtla saat 12:00-da keçiriləcək və protokolla "baş nazir vəzifəsini icra edərkən həyatını itirən şəxs" kimi tətbiq olunacaq.Simitis üçün elan edilən milli matəmlə əlaqədar bütün dövlət qurumlarında bayraqlar 4 gün ərzində yarıya qədər endiriləcək.Bu gün səhər saatlarında təcili yardım maşını ilə Korintos Xəstəxanasına aparılan Simitis xəstəxanaya çatanda öldüyü müəyyən edilib.1936-cı ildə anadan olan Simitis Yunanıstanda dəfələrlə hakimiyyətdə olan PASOK-un qurucu üzvlərindən biri olub.Simitis PASOK hökuməti dövründə dəfələrlə nazir vəzifəsində çalışsa da, 1996-2004-cü illərdə həm partiya lideri, həm də baş nazir vəzifələrində çalışıb.Hüquq və iqtisadiyyat təhsili alan Simitis bir çox universitetdə akademik kimi də dərs deyib.

Seçilən
51
2
afn.az

9Mənbələr