İranın cənubunda güclü zəlzələ qeydə alınıb.
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 1 milyondan çox əhalisi olan Şiraz şəhərindən 139 km cənubda yerləşib. 5,3 balla qiymətləndirilən zəlzələnin ocağı 19 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Telegram kanalımız