AZ

Foto var əsrə bərabər...

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev lokal xarakterli antitteror tədbirləri nəticəsində sepataçılardan təmizlənən əzəli torpaqlarımız Ağdərə, Əsgəran, Xocalı və Xankəndiyə səfər edib, dövlət bayrağımızı ucaldıb. 

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısının Xankəndiyə səfəri zamanı lentə alınan bir neçə foto xüsusilə diqqət çəkib.

Söhbət vaxtilə Xankəndidə qondarma rejimin “şeytan yuvaları” hesab olunan “prezident sarayı”nın önündə və “parlament binası”nın daxilində çəkilən fotolardan gedir. Artıq  “prezident sarayı”nın başına qoyulan separatçı rejimin o qondarma “gerbi” də Azərbaycan dövlət gerbi ilə əvəzlənib.

Sonuncu dəfə bu binada sentyabrın 1-də keçirilən iclasda qondarma rejimin istefa verən “prezidenti” Arayik Arutyunyan Samvel Şahramanyanı “dövlət naziri” kimi separatçılara təqdim etmişdi. Sentyabrın 9-da isə qondarma rejimin “parlament” binasında “seçki” keçirilərək, Şahramanyan sepataçıların yeni “lideri” olmuşdu.

Əvvəl...

Sonra...

Həmin tarixdən 36 gün sonra isə qondarma rejimdən geriyə qalan sadəcə, konfrans zalında separatçı məmurlarının adlarının yazıldığı kağızlardır, bir də boş qalan kreslolar...

Bu baxımdan Xocalıda, Əsgəranda, Ağdərədə çəkilən fotolar mənəvi olaraq günümüzü zənginləşdirirsə, məhz bu şəkilləri də siyasi iradənin nəticəsi olaraq günün fotoları kimi təqdim etmək olar.

Əvvəl...

Sonra...

Qeyd edək ki, qondarma rejimin “prezident sarayı” kimi təqdim etdiyi bina keçən əsrin 60-cı illərində Azərbaycan büdcəsi hesabına inşa edilib. Həmin bina o vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin binası idi.

Emin Səfərov

Seçilən
901
3
qafqazinfo.az

10Mənbələr