İlk növbədə İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın iqtisadi göstəricilərini qiymətləndirən köşə yazarları “Bakının indi bir sıra ölkələr üçün etibarlı ticari-siyasi tərəfdaş kimi çıxış etdiyini, Avropanın enerji təhlükəsizliyini təmin etdiyini və iqtisadiyyatın şəxaləndirilməsi kursunu tutduğunu” vurğulayıblar.Eyni zamanda, yazıda ölkə başçısının bu iyirmi il ərzində “çoxvektorluluq prinsipini” tətbiq etdiyindən bəhs edilib: “Azərbaycanın diplomatik strategiyasının unikallığı ondan ibarətdir ki, praktikada bütün dünya siyasətçilərinin danışmağı sevdiyi, lakin əldə edilməsi çox çətin olan eyni “çoxvektorlu” prinsipi həyata keçirmək mümkündür. Azərbaycan ABŞ, Türkiyə və Rusiya ilə münasibətləri qoruyub saxlamaqla regionda geosiyasi maraqların optimal balansına nail ola bilir”.Bundan başqa, məqalədə İlham Əliyevin liderliyi ilə Azərbaycanın işğal olunmuş ərazilərini az qala 30 il aradan sonra azad etməyə nail olduğu barədə də nəql olunub, həmçinin Azərbaycanın sentyabrdakı antiterror tədbirləri haqqında da məlumat verilib: “Beynəlxalq ictimaiyyət Azərbaycanın bu əməlləri öz ərazisində həyata keçirdiyini etiraf edib. Beləliklə, İlham Əliyev Avropa və Şərq tərəfdaşları ilə əzmkarlıq və parlaq diplomatik iş sayəsində milyonlarla azərbaycanlının çoxdankı arzusunu reallaşdıra bilib. Təkcə bu, ölkə tarixinə böyük lideri kimi düşmək üçün kifayət edərdi. Ancaq bu, yolun sonu deyil. Qarşıda yeni sıçrayışlar və nailiyyətlər var”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta