AZ

Kuril adaları yaxınlığında 4 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Sakit okeanda Kuril adaları yaxınlığında 4 bal gücündə zəlzələbaş verib.

Trend-inməlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının VahidGeofizika Xidmətinin Saxalin filialı xəbər verib.

Məlumata əsasən, zəzlələnin episentri Qolovnino kəndindən 48 kmcənubda (Kunaşir adası, Kuril adaları) olub. Təkanların ocağı 70 kmdərinlikdə yerləşib.

Bildirilib ki, Kunaşir sakinləri iki bal gücündə yeraltıtəkanlar hiss ediblər. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Seçilən
198
43
az.trend.az

10Mənbələr