Rusiyanın Yəhudi Muxtar Bölgəsində (JAO) 4,7 bal gücündə zəlzələ baş verib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsi məlumat yayıb.
Seysmoloqların məlumatına görə, təbii fəlakətin episentri Birobidjan şəhərindən 40 km cənub-qərbdə, 11 km dərinlikdə yerləşib.
Yəhudi Muxtar Vilayətində yerləşən Kuldur şəhər kəndinin sakinləri 3-4 bal gücündə yeraltı təkanlar hiss ediblər. Təkanlar Xabarovskda da qeydə alınıb. Orada təkanların gücü iki bal olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur