İranın Rəzəvi Xorasan əyalətində 4,9 bal gücündə zəlzələ baş verib.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 96,1 min nəfər əhalisi olan Kaşmer şəhərindən 3 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
İRNA agentliyi isə zəlzələnin 5 bal gücündə olduğu haqda məlumat yayıb. İran Qızıl Aypara Cəmiyyətinin iki qrupu vəziyyəti qiymətləndirmək üçün hadisə yerinə göndərilib.
Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.
www.anews.az