İranın Rəzəvi Xorasan əyalətində 4,9 bal gücündə zəlzələ baş verib.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Bildirilib ki, yeraltı təkanların episentri təxminən 96,1 min nəfər əhalisi olan Kaşmer şəhərindən 3 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.İRNA agentliyi isə zəlzələnin 5 bal gücündə olduğu haqda məlumat yayıb. İran Qızıl Aypara Cəmiyyətinin iki qrupu vəziyyəti qiymətləndirmək üçün hadisə yerinə göndərilib. Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.
Paylaş:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta