Fransanın Silahlı Qüvvələr naziri Sebastien Lekornu ermənistanlı həmkarı Suren Papikyan ilə görüşüb. Tərəflər arasında müdafiə sazişi imzalanıb. Fransa Ermənistan ordusunun transformasiyasına dəstək verəcək. Bu çərçivədə Paris 2023-cü ilin yanvar ayında müdafiə missiyasının açılışını edib. Fransa Ermənistan Müdafiə Nazirliyinə məsləhçi kimi zabitlər göndərib və çoxlu səfərlər və işgüzar görüşlər keçirilib.
Məsələ ilə bağlə hərbi ekspert Səxavət Məmməd BiG.AZ-a açıqlama verib:
"44 günlük müharibə zamanı Azərbaycan ordusu Ermənistanın hava müdafiəsini 70 faiz sıradan çıxardı. Ermənistanın hava məkanı hazırda 30-35 faiz qorunur. Ermənistan aldığı silahlara fikir verdikdə , anlaşılır ki, Ermənistanın aldığı silahlar müdafiə xarakterli silahlardır. Bu silahlar daha çox hava hücumundan müdafiə vasitələridir. Ermənistan Fransanadan aldığı silahlarla Azərbaycanın sıradan çıxardığı hərbi bazanı yenidən qurmağa çalışır. Yəni Ermənistan silah almır, o öz boşluğunu doldurur. Ermənistanın II Qarabağ müharibəsindən əvvəlki hərbi səviyyəyə çatması üçün, bir neçə il və bir neçə yüz milyon pul lazımdır".
Fransa Cənubi Qafqazda söz sahibi olmaq istəyir. Bunu da Ermənistan üzərindən etməyə çalışır. Ermənistan müharibəyə hazırlaşmır. Biz bu iddianı o zaman səsləndirə bilərik ki, Ermənistan hücum silahları almağa başlasın. Hazırda Ermənistanın hücum silahları alması ilə bağlı heç bir məlumat yoxdur. Fransa hərbi bazası Ermənistan qurulacağı ilə bağlı iddealar var ki, bu artıq Azərbaycana qarşı təhlükə mənbəyidir. Çünki, Ermənistanın hazırda problemi olduği tərəf Azərbaycandır. İndiki zamanda Ermənistanın silahlanma məsələsi müdafiə xarakterlidir. O öz müdafiə sistemində yaranan boşluğu doldurmağa çalışır. Amma qeyri-leqal yollarla hansı silahların Ermənistana gətiriləcəyini izləmək lazımdır".
Gülcahan Məmmədova
BiG.Az