Tanınmış jurnalist Kamran Qasımov hazırda İsrail-HƏMAS toqquşmalarının davam etdiyi münaqişə bölgəsindədir.
Jurnalistin eksklüziv olaraq Musavat.com üçün lentə aldığı görüntülərdən aydın olur ki, "Dəmir Qübbə" sistemi ilə qorunmasına baxmayaraq, Qəzzadan atılan raketlər İsrailin paytaxtı Təl-Əvivə də düşür.
Qeyd edək ki, "Dəmir Qübbə" İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısaməsafəli hava hücumundan müdafiə sistemidir. Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısaməsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir.
Musavat.com sözügedən görüntüləri təqdim edir: