AZ

ABŞ Marqarita Simonyana və rus televziyalarına SANKSİYA TƏTBİQ ETDİ

ABŞ Maliyyə Nazirliyi “Rossiya Seqodnya” media qrupuna və onun törəmə şirkətlərinə, o cümlədən RİA Novosti, RT, Sputnik və Ruptly-yə qarşı sanksiyalar elan edib.


Sfera.az xəbər verir ki, departamentin bəyanatında vurğulanır ki, bu tədbirlər ABŞ Ədliyyə Nazirliyi və Dövlət Departamentinin ABŞ seçkilərinə təsir etmək cəhdində şübhəli bilinən bu KİV-lərə qarşı hərəkətlərini tamamlayır.
 

Amerika səlahiyyətliləri bu media qurumlarını da xarici nümayəndəliklər kimi təsnif edib və onların əməkdaşlarına viza məhdudiyyəti qoyur. Bundan əlavə, ABŞ seçkilərinə müdaxilə ilə bağlı məlumatlara görə 10 milyon dollara qədər mükafat elan edilib.
 

Sanksiyalar RT rəhbərlərinə də şamil edilib. Siyahıya kanalın baş redaktoru Marqarita Simonyan, onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskaya, həmçinin informasiya yayımı xidmətinin rəis müavini Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və rəqəmsal media layihələrinin əməkdaşı daxil edilib. ABŞ Baş prokurorunun verdiyi məlumata görə, Kalaşnikov və Afanasyeva çirkli pulların yuyulması və Xarici Agentlər Qanununu pozmaqda ittiham olunublar.
 

Marqarita Simonyan bu xəbərə öz Telegram kanalında lakonik bir mesajla cavab verib: "Oyandı!

 

Əzizə
 

Seçilən
87
41
sfera.az

10Mənbələr