AZ

Zurabişvili Baş Prokurorluqda dindirilməkdən imtina etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Baş Prokurolquda 26 oktyabr parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı dindirmədə iştirak etməkdən imtina edib.

Paralel.az ” verir ki, bu barədə ölkə başçısı keçirdiyi brifinqdə deyib.

“Hər kəs öz işi ilə məşğul olmalıdır. Mən prezident kimi işimi yerinə yetirməyə davam edəcəyəm və təbii ki, prokurorun yanına getmək fikrində deyiləm”.

Xatırladaq ki, Gürcüstan parlamentinə keçirilən seçkilərdə hakim “Gürcü arzusu” partiyası qalib gəlib. Prezident Salome Zurabişvili daha sonra səsvermənin nəticələrini tanımadığını bəyan edərək, seçkilərə qarşı etiraz aksiyasında iştirak edib.

Bundan sonra Baş Prokurorluq Zurabişvilini parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutlar gətirməsi tələbi ilə onu dindirməyə çağırıb.

Ölkənin Baş naziri İrakli Kobaxidze vurğulayıb ki, əgər prezident dindirilməyə gəlməsə, bu, onun tərəfindən irəli sürülən ittihamların əsassızlığının sübutu sayıla bilər.

Seçilən
100
7
paralel.az

10Mənbələr