AZ

Toral Bayramovun qolu AvroLiqanın ən yaxşısı seçildi - VİDEO

UEFA Avropa Liqasının Liqa mərhələsində 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.

Modern.az xəbər verir ki, UEFA-nın məlumatına görə, 4-cü turun ən yaxşı qolunu “Qarabağ”ın futbolçusu Toral Bayramov Norveçdə yerli "Bodo Glimt" klubunun qapısına vurub. Onun uzaq məsafədən gözəl qolu yüksək qiymət alıb.

Xatırladaq ki, həmin matçda “Qarabağ” 2:1 hesablı qələıbə qazanıb. 


Qeyd edək ki, ən yaxşı qolu nominasiyasına namizədlər arasında Toralla yanaşı, “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da var idi.


 

 

Seçilən
21
4
modern.az

10Mənbələr