AZ

Basketbol: “Sumqayıt”ın ilk qələbəsi, “Gəncə”nin ilk məğlubiyyəti

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 5-ci turunun növbəti qarşılaşması keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyunu B qrupu çərçivəsində baş tutub.

İtkisiz irəliləyən “Gəncə” autsayder “Sumqayıt”ın qonağı olub. 3 periodda üstün olan meydan sahibləri mövsümdə ilk qələbələrini qazanıblar. Bu, həm də “Gəncə”nin ilk məğlubiyyəti olub.

Xatırladaq ki, turun açılış matçında “Ordu” “Quba”ya 75:101 hesabı ilə uduzub. Ardınca “Sərhədçi” NTD-ni 84:79, “Abşeron” “Neftçi”ni 72:56 hesabı ilə məğlub edib. Liderlərin mübarizəsində “Sabah” “Naxçıvan”ı 75:74 hesabı ilə üstələyib. Tura sabah keçiriləcək “Şəki” – “Lənkəran” matçı ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
B qrupu, 5-ci tur
7 dekabr

Sumqayıt – Gəncə 85:79 (10:25, 32:20, 18:13, 25:21)
Sumqayıt Olimpiya İdman Kompleksi.

Xallar: Gəncə – 9. Ordu – 8. Quba – 7. Şəki – 6. Lənkəran – 6. Sumqayıt – 6.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
26
16
arena.az

10Mənbələr