AZ

Masallı Sənaye Məhəlləsində istehsal 15%-ə yaxın artıb

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində investisiya kapitalı 6,2 milyon manat olan 8 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən indiyədək görülmüş işlərə 2,1 milyon manat investisiya yatırılıb, 70 nəfərlik iş yeri yaradılıb.

“İki sahil” xəbər verir ki,  növbəti mərhələdə mövcud layihələr üzrə Sənaye Məhəlləsinə əlavə olaraq 4,1 milyon manat investisiyanın yatırılması 159 iş yerinin yaradılması nəzərdə tutulur. Masallı Sənaye Məhəlləsində indiyədək 14,2 milyon manatlıq məhsul istehsal edilib.

Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə edilir. Belə ki, 2023-cü ilin 9 ayında 1,9 manatlıq məhsul istehsal edilmişdirsə, cari ilin müvafiq dövründə isə 2,2 manatlıq məhsul istehsalı həyata keçirilib. İstehsal 15%-ə yaxın artıb. İstehsal olunan məhsullar əsasən daxili bazarın təlabatının ödənilməsinə yönəldilib.

phrase_var_article.chosen
33
5
ikisahil.az

10phrase_var_article.sources