AZ

Cənubi Koreya yeni sanksiyalar tətbiq edib

Cənubi Koreya Rusiya ilə Şimali Koreya arasında qanunsuz hərbi əməkdaşlıq və ya Pxenyanın nüvə raket proqramı ilə əlaqəli olduqlarına görə 11 fiziki və 15 hüquqi şəxsə sanksiyalar tətbiq edib.

 Busaat.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Cənubi Koreyanın Şimali Koreyaya qarşı sanksiyaları raket komponentlərinin tədarükünə təsir edəcək. Sözügedən sanksiyalar Qərb dövlətlərinin xarici işlər nazirlərinin Rusiya ilə KXDR arasında əməkdaşlığa dair birgə bəyanatı ilə əlaqədar həyata keçirilir.

Belə ki, dekabrın 16-da Avstraliya, Böyük Britaniya, İtaliya, Kanada, Yeni Zelandiya, Koreya, Fransa, Almaniya, ABŞ, Yaponiyanın xarici işlər nazirləri və Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Rusiyanı ən sərt şəkildə qınayıblar. Moskva isə Pxenyanla qeyri-qanuni hərbi-texniki əməkdaşlıq ittihamlarını dəfələrlə rədd edib.

Sanksiya siyahısına Koreya Xalq Ordusunun generalları Kim Yonq Bok, Şin Geum Çol, həmçinin raket mühəndisi Li Sonq Cin, zabit Li Bonq Çun daxil edilib. Məhdudiyyətlər “Verus”, “PARSEK”, “Timer Bank” və digər təşkilatlara da şamil edilir. Siyahıya daxil olan şəxslər və şirkətlər KXDR-in nüvə raket proqramı ilə bağlı maliyyələşdirmə və ya materialların tədarükünə yardım edib.

Məhdudiyyətlər dekabrın 19-dan qüvvəyə minəcək. Bu şəxslərlə maliyyə və ya valyuta əməliyyatları aparmaq üçün Cənubi Koreyanın səlahiyyətli orqanlarından icazə tələb olunacaq.

Qeyd edək ki, dekabrın 4-də Rusiya ilə Şimali Koreya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilə qüvvəyə minib.

 

Zeyd Bağırzadə

Seçilən
2
3
busaat.az

6Mənbələr