AZ

ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü- Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

Image

Dekabrın 8-də Suriyada qanlı Bəəs rejiminin devrilməsi və Bəşər Əsədin tələsik Rusiyaya qaçmasından sonra ABŞ nümayəndə heyəti ilk dəfə Dəməşqə səfər edib.

ABŞ dövlət katibinin müşavirinin Yaxın Şərq üzrə müavini Barbara Leafın rəhbərlik etdiyi nümayəndə heyəti Dəməşqə səfəri çərçivəsində Heyət Təhrir əş-Şam (HTŞ) rəsmiləri ilə görüşüb.

Görüşdən sonra verilən açıqlamada ABŞ-ın HTŞ lideri Məhəmməd Colaninin başına qoyduğu 10 milyon dollar pul mükafatının ləğv edildiyi bildirilib.

"Colani ilə hərtərəfli görüş keçirdik. İranın Suriyada heç bir rolu olmayacaq və olmamalıdır. Türkiyənin Suriyada böyük təsiri var" – deyə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir.

Dəməşqə səfərdən sonra yüksək rütbəli bir ABŞ rəsmisi Türkiyə rəsmiləri və Suriya Milli Ordusu ilə danışıqlar apardıqlarını və Kobani ətrafında atəşkəsin ən yaxşı yol olduğunu düşündüklərini deyib.

TAHİR





phrase_var_article.chosen
32
30
baki-xeber.com

10phrase_var_article.sources