ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukraynada sülhü təmin etmək planının olduğunu, lakin təfərrüatları paylaşmayacağını bildirib.
Editor.az xəbər verir ki, Tramp bu barədə Lex Friedmanın You Tube kanalına verdiyi açıqlamada deyib.
“Ukrayna və Rusiyanı necə dayandırmaq barədə çox dəqiq planım var. Bəlkə də bu, plan deyil, amma Çinlə bağlı müəyyən bir fikrim var”,- deyə o bildirib. Tramp bu planların təfərrüatlarını açıqlamayacağını, çünki o zaman sürprizin öz təsirini itirəcəyini və uğurun əldə edilməyəcəyini vurğulayıb.
Bundan əvvəl Tramp dəfələrlə bildirib ki, seçkidə qalib gəlsə, Rusiya ilə Ukrayna arasındakı münaqişəni cəmi 24 saat ərzində həll edə bilər. Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın keçmiş prezidentinin bu sözlərini problemin belə sadə həll üçün çox mürəkkəb olduğuna diqqət çəkib və Rusiya prezidenti Vladimir Putin Trampın kəskin problemləri, o cümlədən Ukrayna böhranını bir neçə gün ərzində həll etmək istəyinə müsbət cavab verib. Putin ABŞ seçkilərinin hər hansı nəticəsinin ABŞ-Rusiya münasibətlərinə təsir edəcəyinə şübhə etdiyini də vurğulayıb.
//Gülnarə Abasova, Editor.az