EN

Kamala Harris: “Tramp seçilərsə, 24 saat ərzində Ukraynanı təslim edəcək”

ABŞ prezidentliyinə namizəd Donald Tramp Kamala Harrislə debat zamanı moderatorun "Ukraynanın Rusiya ilə müharibədə qalib gəlməsini istəyirmi” sualına cavab verməyib.

Qaynarinfo xəbər verir ki, ABC News-un debatın yayımına istinadən verdiyi məlumata görə, Tramp bu suala cavab olaraq "müharibənin dayandırılmasını” istədiyini bildirib.

"Ukraynanın qələbəsinin ABŞ-ın maraqlarına uyğun olduğuna inanırmı” sualına respublikaçı namizəd belə cavab verib: 
"Məncə, bu müharibəyə son qoymaq ABŞ-ın maraqlarına uyğundur”.
Bundan əlavə, debat zamanı Tramp bildirib ki, Harrisin Rusiya diktatoru Vladimir Putinlə işğaldan bir neçə gün əvvəl görüşdüyü iddia edilir, CNN yazır.

Tramp Harrisə istinad edərək, "Onu bu müharibə başlamazdan əvvəl sülh danışıqlarına göndərdilər. Üç gün sonra o, (Putin - UNIAN) qalxdı və müharibəyə başladı, çünki onların dediklərinin hamısı zəif və mənasız idi”.

Nəşrin yazdığına görə, Trampın Putin və Harris arasında danışıqlar apardığı barədə dedikləri həqiqətə uyğun deyil. O, sülh danışıqlarına göndərilməyib və Putinlə heç vaxt görüşməyib. Əslində o, Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etməzdən bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti Vladimir Zelenski də daxil olmaqla ABŞ müttəfiqləri ilə görüşüb. Putin konfransda olmayıb.

Bayden administrasiyası Harrisin 2022-ci ildə Almaniyaya konfransa səfəri zamanı hələ də Ukraynanın işğalını dayandırmağa çalışırdı, lakin prezident Co Bayden də daxil olmaqla yüksək səviyyəli administrasiya rəsmiləri Putinin artıq müharibəyə başlamaq qərarına gəldiyinə inandıqlarını bildirdilər. Harris Almaniyaya gedərkən, Bayden jurnalistlərə Rusiyanın hücumunun "yaxın bir neçə gün ərzində baş verəcəyinə" inandığını söyləyib.

Münhen konfransı 18-20 fevral 2022-ci il tarixlərində baş tutub. Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya müdaxiləyə başlayıb.
UNIAN xəbər verir ki, ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp teledebat zamanı Ukraynadakı müharibəni müzakirə ediblər . Respublikaçı Tramp müharibənin bitməsini istədiyini, demokrat Harris isə rəqibinin "seçkilərdə qalib gələndən sonra 24 saat ərzində Ukraynanı təslim edəcəyini” proqnozlaşdırıb.

Harris deyib ki, ABŞ Ukraynaya kömək etməkdən imtina etsə, Putin "artıq Kiyevdə oturmuş olacaqdı”. 

Alpər

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
10
qaynarinfo.az

10Sources