EN

Dövlət Neft Şirkəti Yaponiya ilə enerji əməkdaşlığı edəcək

Bu barədə Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti və Yaponiyanın “Yokogawa Electric” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə socar.az saytı açıqlama yayıb.

Məlumata görə, sənədə şirkətin prezidenti Rövşən Nəcəfin “Yokogawa Europe B.V.”nin prezidenti, eləcə də “Yokogawa Electric Corporation”ın vitse-prezidenti Seita Hagihara ilə keçirdiyi görüşdə imza atılıb.

Qeyd dək ki, memorandum şirkətlərarası əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Belə ki, sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrası imkanlarını araşdıracaqlar.

Chosen
15
6
xalqqazeti.az

10Sources