EN

İranın sonunu gətirəcək SSENARİ- Xamenei Səddam Hüseynin səhvini TƏKRARLAYACAQ?

Nüvə danışıqları üzrə İran nümayəndə qrupunun keçmiş üzvü Mohammad Marandi bəyan edib ki, İranın nüvə obyektlərinə hücumlar olacağı təqdirdə cavab tədbiri olaraq Qətərə zərbələr endirilməlidir:

ABŞ-ın Qətərdəki Əl-Udeyd aviabazası kiçikdir. İrana aqressiya olacağı təqdirdə, Qətərin qaz obyektləri və infrastrukturu tam məhv ediləcək. Nəticədə Qətərdən qaz ixracı tam dayanacaq və bu dövlətin özü mövcud olmayacaq. Bununla da hər şey bitəcək”.

Doha ilə Tehran arasında sıx münasibətləri və onun İranla Qərb arasında vasitəçi rolunu nəzərə alsaq, Marandinin açıqlaması təəəccüb doğurur.
 

MÖVZU İLƏ BAĞLI:

İran dünyada terroru dəstəkləyən ölkələr sırasında lider oldu - HESABAT


Qeyd edək ki, vaxtilə İraq lideri Səddam Hüseynin Küveytə hücumu sonda onun özünün süqutu ilə nəticələnmişdi.

Tehran oxşar addımı atsa, İranı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Tehranın açıq qarşıdurmaya getməsi və Qətərlə bağlı belə avantürist təklifləri reallaşdırmağa çalışması İran üçün acınacaqlı aqibət vəd edir:

“Bir çox dövlətlərdə bu cür məsuliyyətsiz bəyanatlarla çıxış edən insanlar olub və indi də var. İranda da belə ssenari quran və təkliflər verənlər az deyil. Hər bir məsuliyyətli şəxs hansısa kiçik dövləti yer üzündən silmək barədə deyil, ilk növbədə öz dövlətinin başına gələ biləcək fəlakətlər barədə düşünməlidir. ABŞ bu yaxınlarda İranın nüvə obyektlərinə zərbə endirilməsinə etiraz etməklə yanaşı İsraildən bunu etməməyi tələb edib”.

Müsahibimizin fikrincə, İranın nüvə obyektlərinə zərbələrin endirilməsi ehtimalı çox aşağıdır:

“İş o yerə gəlib çıxmamalıdır. Bunun üçün də Tehran nüvə danışıqlarında konstruktiv mövqe tutmalıdır. Nəzərə almalıdır ki, Baydendən fərqli olaraq Tramp kifayət qədər qəti addımlar atmağa qadirdir. Hətta müəyyən mənada avantürist addımlardan çəkinməyən fərqli bir siyasətçidir”.

Ekspert güman edir ki, məsələ İranın nüvə danışıqlarında vaxtilə iştirak edən şəxsin avantürist təkliflərinin reallaşdırılması səviyyəsinə gəlib çatmayacaq:

“Trampın dövründə bəlkə də nüvə danışıqları Bayden dövrü ilə müqayisədə daha uğurlu olacaq. İranın açıq qarşıdurmaya getməsi və bu cür avantürist təklifləri reallaşdırmağa çalışması, birmənalı şəkildə bu ölkənin aqibətinin kifayət qədər ağır olması ilə nəticələnəcək. Düşünürəm ki, İran rəsmiləri bu cür təkliflərin hansı nəticələrə gətirib çıxaracağını daha yaxşı anlayırlar”.

Rüfət Sultan, Bizim.Media

Chosen
38
50
bizim.media

10Sources