EN

Azərbaycan-Ermənistan sərhədində ard-arda üç dəfə zəlzələ baş verib VİDEO

Azərbaycan-Ermənistan sərhədində güclü zəlzələ baş verib.

Xezerxeber.az-ın məlumatına görə, Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan birinci yeraltı təkanın maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub. 

Mərkəzin direktoru Qurban Yetirmişli bilidirb ki, zəlzələlərdən sonra təkanlar olub. Yerli vaxtla saat 03:03-də yerin 10 kilometr dərinliyində maqnitudası 3 olan növbəti zəlzələ baş verib. Zəlzələ hiss olunmayıb. Daha sonra saat 03:07-də 12 kilometr dərinlikdə maqnitudası 3,8 olan üçüncü zəlzələ olub. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Azərbaycan-Ermənistan sərhədində baş verən zəlzələlər barədə məlumat yayıb. Bildirilib ki, Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 maqnituda olan zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə nazirliyə məlumat daxil olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
16
18
xezerxeber.az

10Sources