EN

Culanidən ABŞ-a TƏK TƏLƏB

Suriyada hakimiyyətə gələn silahlı müxalifətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) ABŞ Dövlət Departamenti müşavirinin Yaxın Şərq məsələləri üzrə müavini Barbara Leafın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ölkəsinə qarşı tətbiq edilən sanksiyaların ləğvini tələb edib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Yerli mətbuata açıqlama verən Leaf bildirib ki, Culani həmsöhbətlərini Suriyanın bütün səviyyələrdə bərpası və dirçəlişinin təmin edilməsində dəstəyə çağırıb.

ABŞ nümayəndə heyəti Suriyanın Bəşər Əsəd rejimindən azad edilməsi münasibətilə Cülanini və Suriya xalqını təbrik edib. ABŞ-ın həlli vacib olan problem və çətinliklər qarşısında Suriyanın yanında olacağını bildirib.

ABŞ nümayəndələri sabitliyin möhkəmləndirilməsi, iqtisadi artımın təşviqi və Suriya xalqının bütün komponentlərinin, xüsusən də Suriyanın şimal-şərqindəki məsələlər kimi mövzularda inklüziv təmsil olunmasının təmin edilməsi üçün atılan konkret addımları dəstəklədiyini qeyd ediblər.

Hüseyn İbadlı

Chosen
15
30
publika.az

10Sources