Cəlilabadda 7 yaşlı uşaq pirotexniki vasitənin partlaması nəticəsində ağır xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon sakini Ş. Aslanovun əlində pirotexniki vasitənin partlaması nəticəsində üzündə və tənəffüs yollarında 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri yaranıb.
Azyaşlı dərhal rayon xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu