EN

Qazaxıstanda hərbi hissənin ərazisində üç nəfər həlak olub

Astana. Trend:

Qazaxıstanın Arıs şəhərində hərbi hissənin ərazisində üç nəfərhəlak olub.

Trend xəbərverir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyinin mətbuatxidməti məlumat yayıb.

"Bu gün, 5 iyul 2024-cü il tarixində Arış şəhərində hərbihissənin ərazisindəki kanalizasiya sistemində xidmət və təmizlikişləri aparılarkən ikisi mülki şəxs, biri müqavilə üzrə xidmətgöstərən hərbi qulluqçu olmaqla üç nəfər kanalizasiya qazındanzəhərlənmə səbəbindən həlak olub", - məlumatda deyilir.

Qeyd olunub ki, hadisə Çimkənd rayon istismar bölməsinin işzamanı ehtiyatsızlıq ucbatından quyuya düşmüş işçisini xilasedərkən baş verib.

"Onun köməyinə gələn iki fəhlə və iki müqaviləli hərbçi dəvəziyyətləri pisləşdiyi üçün səthə çıxa bilməyib. Nəticədə üç nəfərhadisə yerində həlak olub. Daha bir fəhlə və müqaviləli hərbçi Arısşəhərində xəstəxanadadır. Onların vəziyyəti ağır stabil olaraqqiymətləndirilir", - məlumatda deyilir.

Şöbədən onların vəziyyəti “stabil ağır” olaraqqiymətləndirilir.

Müdafiə Nazirliyindən əlavə ediblər ki, Qazaxıstan RespublikasıDaxili İşlər Nazirliyinin Hərbi İstintaq İdarəsinin Çimkənd şöbəsifaktla bağlı ibtidai istintaqa başlayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Chosen
146
16
az.trend.az

10Sources