EN

Ermənistanda əsgərləri daşıyan avtomobil qəzaya düşdü – Ölənlər var


Ermənistanda Sünik rayonunda tərxis olunmuş əsgərləri daşıyan avtomobil qəzaya düşüb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat yayıb.
Məlumata görə, hadisə Sünik rayonunda, Gorayk kəndi yaxınlığında baş verib.
Hadisə nəticəsində iki nəfər ölüb, beş nəfər isə yaralanıb. Onlardan ikisinin vəziyyəti ağır, daha ikisinin vəziyyəti orta ağır qiymətləndirilir. Həkimlər beşinci yaralının vəziyyətini qənaətbəxş qiymətləndirirlər. 
Ölənlərdən biri sürücü, biri sərnişin olub. 
Qəzanın səbəbləri açıqlanmayıb. Qəza ilə bağlı cinayət işi açılıb.
Chosen
117
16
yeniavaz.com

10Sources