EN

Şimali Kipr Astana sammitində nə üçün təmsil olunmurdu?-MARAQLI MƏQAM- ÖZƏL

Türk Dövlətləri Təşkilatının (TDT) Astana keçirilən 10-cu zirvə görüşündə diqqət çəkən məqamlardan biri də Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatarın görüşdə iştirak etməməsi oldu. Bəs görəsən TDT ilə əlaqələrini hər ötən gün genişləndirən Şimali Kipr Türk Respublikası Astana sammitində nə üçün yox idi?
"OLAYLAR" xəbər verir ki, politoloq Azər Qasımov bununla bağlı deyib ki, Ersin Tatarın Astanaya dəvət almaması Yunanıstan faktoru ilə əlaqəli idi:"Türk əsri çağırışı adı altında baş tutan Türk Dövlətləri Təşkilatının növbəti 10-cu Astana sammiti iqtisadiyyat, ticarət, gömrük kimi məsələlərin müzakirə edilməsi ilə baş tutacağı elan edilmişdi.  Sammitə dəvət edilən türk dövlətləri arasında keçən görüşlərdə gözləmçi sifəti ilə təşkilata üzv olmuş Şimali Kipr Türk Respublikasının başçısı Ərsin Tatarın  Qazaxıstan tərəfindən dəvət edilməməsi nəzərə çarpıb və bunun qapalı şəkildə narazılıq doğurduğu qeyd edilib. Bu hal görüşdən əvvəl bilinib və Ərdoğan Tokayevə zəng edib, amma bu, bir nəticə verməyib. Məlum olub ki, səbəb kimi Qazaxıstanla Yunanıstan arasında 4 milyardlıq investisiya müqaviləsi məsələsi olub".
Politoloq qeyd edib ki, Yunanıstan Qazaxıstana bu məbləği investisiya kimi qoyacaqmış:
"Odur ki, Tokayev Yunanıstanı qıcıqlandırmaq istəməyib. Amma məsələ ondadır ki, Yunanıstanın özü başqa yerlərdən pul diləndiyi halda bu vəsaiti necə investisiya qoyacağı maraq doğurub. Bu vəsaitin Rusiya milyarderlərinin Yunanıstan üzərindən Qazaxıstana investisiya qoyulacağı qənaəti hasil edilir".

Chosen
731
50
olaylar.az

10Sources