Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynaya 35 milyard avro kredit ayıracağını elan edəcək. Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadla məlumat yayıb. Onların məlumatına görə, bu təşəbbüs G7-nin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Kiyevə 50 milyard dollar ayırmaq planı çərçivəsində həuata keçiriləcək. 35 milyard avroluq məbləğ Avropa İttifaqı (Aİ) üçün kompromisdir. Bu isə Macarıstanın vetosundan yan keçməyə və ABŞ-nin iştirakı olmadan kredit verməyə imkan verir. Ancaq bu kredit Ukraynaya verilməzdən əvvəl 2024-cü ilin sonuna qədər Aİ ölkələrinin əksəriyyəti və Avropa Parlamenti (AP) tərəfindən təsdiqlənməlidir.