RU

Üç uşaq anasının baldızı tərəfindən döyülmə iddiası ARAŞDIRILIR - VİDEO

Üç övladı olan ananın baldızı tərəfindən amansızcasına döyülməsi iddiası ilə bağlı araşdırmalara başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baku.ws-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə Şəmkir rayonu ərazisində qeydə alınıb:

"Məsələ ilə bağlı Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin olunub. Ekspert rəyinin nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək", - deyə məlumatda qeyd olunub.


Bizim.Media

Избранный
15
4
bizim.media

8Источники