RU

Prezident Zurabişvili prokurorluğa getməkdən imtina etdi - YENİLƏNİB

Gürcüstan Prezidenti Salome Zurabişvili Baş Prokuroluqda 26 oktyabr parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı dindirmədə iştirak etməkdən imtina edib.

Korrespondent.az bildirir ki, bu barədə dövlət başçısı keçirdiyi brifinqdə deyib.

“Prokurorluq məndən saxtakarlığa dair sübut gözləyir, halbuki bunun əksi baş verməlidir, ona görə də mən prokurorluğa məsləhət görərdim ki, öz işləri ilə məşğul olsunlar, prezident isə öz işi ilə məşğul olacaq”, - deyə S.Zurabişvili vurğulayıb.

Yeri gəlmişkən, bu arada ölkənin Baş naziri İrakli Kobaxidze bəyan edib ki, əgər Prezident dindirilməyə gəlməsə, bu, onun tərəfindən irəli sürülən ittihamların əsassızlığının sübutu sayıla bilər.

***15:19

Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvilini sonuncu parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərə görə dindirilməyə çağırıb.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə prokurorluqdan məlumat verilib.

“Gürcüstan Prezidenti Salome Zurabişvilinin əlində 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutlar olmalıdır və bu səbəbdən prezident oktyabrın 31-də istintaq orqanına dindirilmək üçün dəvət edilib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən Zurabişvili nəticələri tanımaqdan imtina edib.

Избранный
121
4
korrespondent.az

10Источники