ABŞ prezidenti Donald Tramp Rusiya məsələsini əsas prioritet hesab etmir...
Poliqon xəbər verir ki, bunu politoloq və beynəlxalq ekspert Maksim Nesvitaylov "Radio NV"yə deyib.
Ekspertin fikrincə, Tramp daha çox Çinlə geosiyasi qarşıdurmaya fokuslanıb. Qalan hər şey ikinci dərəcəli vəzifədir. Əgər Rusiya ilə Çinin yaxınlaşmaması üçün Ukraynanın maraqlarını qurban vermək lazımdırsa, bu, məqbul ssenari olacaq.
Eyni zamanda ekspert əlavə edir ki, Trampın prezidentliyi Rusiya üçün sərfəli olmaya bilər.
"İndi onlar uğurdan çaşqın görünürlər. Cəbhə xəttində uğurlu hücum əməliyyatları aparırlar, bunu etiraf etməyə dəyər. Onlar beynəlxalq kampaniyanı uğurla həyata keçirdilər - əvvəlcə Monqolustan səfəri, sonra Rusiyada keçirilən BRİCS sammiti, Quterreşin ora səfəri ilə bunu göstərdilər. Putinin subyektivləşdirilməsi, beynəlxalq səviyyədə legitimləşdirilməsi geniş vüsət alır. Odur ki, onlar özlərinə həddən artıq inanıb Trampı üstələmək yox, ona təzyiq göstərməyə çalışa bilərlər. Bizim üçün müsbət olan belə bir vəziyyətdə o, çox inciyə bilər, bunu prinsipial qəbul edib, qəzəblənə bilər. Hadisələrin belə bir ssenari üzrə inkişaf etməsini çox istəyirdim", deyə ekspert bildirib.
Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası təhlükəsizliyə yardım üçün ayrılan vəsaitdən qalan 6 milyard dolları təcili olaraq Ukraynaya verməyi planlaşdırır. Onlar bunu Donald Trampın inauqurasiya gününə qədər etmək istəyirlər.
Avropa İttifaqıbın Siyasət və Təhlükəsizlik Komitəsinin rəhbəri Delfin Pronk bildirib ki, Aİ ABŞ-dakı seçkilərin nəticələrindən asılı olmayaraq, Ukraynaya dəstəyini dayandırmaq fikrində deyil. Qeyd olunub ki, Ukraynaya gələcək dəstəyin tərkib hissələrindən biri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan izafi mənfəət olacaq.
Ukrayna Ali Radasının Ukraynanın Avropa İttifaqına inteqrasiyası komitəsinin rəhbəri İvanna Klimpuş-Tsintsadze hesab edir ki, Trampın seçkilərdə qələbəsi Ukraynaya hərbi yardımın davam etdirilməsini istisna edir.
Poliqon.info