RU

Toralın bu qolu Avroliqada ən yaxşı seçildi - VİDEO

Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Qarabağ”ın müdafiəçisi Toral Bayramovun "Bodo Qlimt"in qapısına vurduğu qol olub.

23 yaşlı futbolçu dünən səfər matçında (2:1) uzaq məsafədən gözəl qola imza atıb.

Namizədlər arasında Toralla yanaşı “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da var idi.

Избранный
25
16
sportinfo.az

10Источники