RU

Bu il 338 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Bu ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlak üzərində 338 621 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu göstəricinin 58 812-si (17,4 faizi) ilkin, 279 809-u isə (82,6 faizi) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində - 57 225, mənzil üzərində - 78 347, torpaq sahəsi – 191 204, qeyri-yaşayış binası – 3 114, qeyri-yaşayış sahəsi – 7 940, əmlak kompleksi - 738, çoxmərtəbəli yaşayış binası üzərində isə 53 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Qeydiyyata alınan mülkiyyət hüquqlarının 88 494-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bununla yanaşı, cari ilin yanvar-noyabr ayları ərzində 255 838 texniki pasport tərtib edilib, 67 648 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Избранный
31
10
vergiler.az

10Источники