RU

Əsəd Suriyadan necə qaçdı? - Sonu Səddam kimi olacaqdı

Suriyada rejim devrildi, Əsəd Rusiyaya qaçdı. Bəs bu prosesdə nələr yaşandı?

Milli.Az xəbər verir ki, amerikan mediasında yayımlanan xəbərlərə görə, Bəşər Əsədin Suriyadan Rusiyaya qaçışının arxasında Rusiya kəşfiyyatı dayanır. Müxaliflərin paytaxt Dəməşqə yaxınlaşması ilə Əsəd, sonunun Səddam Hüseyn və ya Müəmmər Qəddafi kimi olacağından qorxaraq ölkəni tərk edib.

Suriyada müxaliflərin əməliyyatları zamanı Bəşər Əsəd bir anda ortadan yoxa çıxmış, təyyarəsinin qəzaya uğradığı iddiaları ortaya atılmışdı. Qısa müddət sonra onun Rusiyada olduğu məlum oldu.

Amerikan Bloomberg saytının eksklüziv xəbərinə görə, HTŞ-nin (Heyət Təhrir əş-Şam) liderliyindəki müxaliflərin irəliləyişi zamanı Rusiya Əsədlə əlaqə saxlayıb.

Rusiya, Əsədi müharibəni uduzacağına inandırıb və ailəsi ilə birlikdə dərhal hərəkət edəcəyi təqdirdə ölkədən təhlükəsiz çıxış təmin etməyi təklif edib.

Əsədin Suriyadan qaçışı Rusiya kəşfiyyatı tərəfindən təşkil edilib. Adının açıqlanmasını istəməyən mənbələr, Əsədin təyyarəsinin izlənməməsi üçün transponderinin söndürüldüyünü qeyd ediblər.

Moskvanın Strateji Analizlər və Texnologiyalar Mərkəzinin rəhbəri Ruslan Puxov bildirib:
"Əgər Əsəd ölkəni tərk etməsəydi, onun taleyi Liviya lideri Müəmmər Qəddafi və ya İraq lideri Səddam Hüseyn kimi olacaqdı."

Rusiya Prezidenti Vladimir Putin isə Suriyada vəziyyəti proqnozlaşdıra bilməyən Rusiya kəşfiyyatına narazılığını bildirib.

Kremlə yaxın mənbələr, Putinin Rusiya kəşfiyyatının Suriyadakı hadisələri vaxtında necə aşkar edə bilməməsini sual etdiyini qeyd ediblər.

Lalə Qüdrətova
Milli.Az

Избранный
27
20
milli.az

10Источники