Çinin Çinxay əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 1,67 milyon insanın yaşadığı Xinin şəhərindən 433 km cənub-qərbdə yerləşib.
Zəlzələnin dərinliyi 35 km dərinlikdə baş verib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.