RU

Dehli İran ərazisindən İrəvanı silahlandırır - “Economic Times”

"Hindistan Ermənistana yeni silah və sursat partiyasının çatdırmaq imkanlarını araşdırır".Bu fikirlər “Economic Times” qəzetində dərc olunan məqalədəndir.

Nəşr öz mənbələrinə istinadən yazır ki, "Çatdırılmalar iki ölkə arasında 2022-ci ilin sentyabrında imzalanmış müqavilələr əsasında həyata keçiriləcək. Müqavilələrin dəyəri 20 milyard rupi (244,7 milyon dollar-red.) təşkil edir. Bu sənədlərə əsasən, Hindistan əvvəllər Ermənistanı "Pinaka" reaktiv yaylım atəşi sistemləri ilə təmin edib. Hansılar ki, ilk dəfə xaricə satılıb. Həmçinin tank əleyhinə raketlər və sursatlar da bura daxildir.












Hindistan Ermənistana raket ixracına başladı - FOTOLAR


Məqalədə qeyd edilir ki, silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi vasitəsilə çatdırılıb. Bundan başqa, müəllif Ermənistanı Hindistanın Qafqazda strateji müttəfiqi kimi təqdim edib.

“Indian Defence Research Wing” saytının məlumatına görə, avqustun əvvəlində Hindistanın “Bharat Forge LTD” müdafiə şirkəti 155,5 milyon dollarlıq müqavilə çərçivəsində altı yedəkli 155 mm-lik ATAGS haubitsasını Ermənistana təhvil verib.

Müqaviləyə əsasən üç il ərzində Ermənistana sözügedən 90 artilleriya qurğusunun verilməsi nəzərdə tutur.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Hindistan Ermənistanla hərbi sahədə fəal əməkdaşlıq kursu götürüb. Ötən ilin sentyabrında iki ölkə arasında imzalanan hərbi müqavilələrə görə Hindistan Ermənistana 250 milyon dollar dəyərində tank əleyhinə raketlər və bir sıra digər hərbi sursat tədarük etdi. Həmçinin Hindistan mediası ölkənin özəl şirkəti “Kalyani Strategic Systems Ltd”nin (Bharat Forge) 155 mm-lik yedəkli haubitsaların (ATAGS) tədarükü üçün ilk ixrac sifarişini aldığını xəbər vermişdi.

“Pinaka” - 40 km mənzilə malik yaylım atəşli reaktiv sistemdir (YARS). Artilleriya hissə və bölməri tərəfindən istifadə olunur. Bir atıcı qurğu üzərində mövcud olan 12 ədəd boruşəkilli istiqamətləndiricinin buraxdığı yaylım atəşi 1 kv.km-ə qədər ərazidə yerləşən hədəflərə zərər vura bilər.

YARS - uzaq məsafələrdə, düşmənin açıqda və sığınacaqda yerləşən canlı qüvvəsindən, zirehsiz və zirehli texnikalarından, artilleriya qurğularından, taktiki raketlərindən, zenit-raket sistemlərindən ibarət olan qrup hədəflərini məhv etmək, komanda məntəqələrini, rabitə mərkəzlərini və hərbi-sənaye obyektlərini dağıtmaq, həmçinin dağlıq ərazilərin uzaq məsafədən piyada və tank əleyhinə minalanması üçün nəzərdə tutulur.

Hazırlanması və istehsalı

“Pinaka” sistemi Hindistanın Silah Tədqiqat və İnkişaf Mərkəzi olan DRDO tərəfindən 1986-cı ildə hazırlanıb. 1998-ci ildən bugünə qədər “Tata Group” ilə “Larsen & Toubro” şirkətləri tərəfindən birgə istehsal edilir. Bir batareya dəstinin dəyəri təxminən 54 milyon ABŞ dollarıdır. Batareya dəstinə 6 atıcı qurğu, 6 yükləmə maşını, 3 daşıma maşını, 2 komanda məntəqəsi və 1 radiolokasiya stansiyası daxildir. Böyük ehtimalla Ermənistan bu sistemin 4 batareya dəstini əldə etməklə bir reaktiv artilleriya divizionu formalaşdırmaq niyyətindədir. Yerdə qalan 28 milyon dollara tank əleyhinə vasitələr və təlim trenajorları daxil ola bilər.
Tural Tağıyev AzVision.az

Избранный
829
50
azvision.az

10Источники