AZ

Qazaxda qadın dəm qazından ZƏHƏRLƏNDİ

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Canalı kəndində baş verib. Belə ki, orta yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımı tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumatına görə, qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
53
21
unikal.az

10Mənbələr