Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Ağcakənd qəskəndində baş verib. Kənd sakini 1991-cı il təvəllüdlü Polad Aslanov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
33 yaşlı kişi xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.
(unikal)